İdman

"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri bəlli olub

15 Jan 2026, 11:54 1 baxış
"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri bəlli olub
"Neftçi"nin və "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Çernomorets" klubuna qayıdıb. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub 60 yaşlı məşqçi ilə 1.5 illik müqavilə imzalayıb. Qeyd edək ki, Roman Qriqorçuk 2010-2014 və 2021-2024-cü illər aralığında "Çernomorets"in baş məşqçisi olub. Xatırladaq ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ"nin 2024-cü ilin iyul-oktyabr ayları arasında isə "Neftçi"nin baş məşqçisi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər