İdman
İranda daha bir idmançı etiraz aksiyalarında öldürülüb
İranda 21 yaşlı perspektivli basketbolçu, Şərif Texnologiya Universitetinin tələbəsi Əhməd Xosrəvani odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Xosrəvani İranın "Farzan Şemiran" klubunun 3x3 basketbol komandasının tərkibində Tehran çempionatında qızıl medal qazanıb. İstedadlı idmançı, eyni zamanda, Tehran Basketbol Liqasında göstərdiyi parlaq çıxışlarına görə "ən yaxşı oyunçu" mükafatına layiq görülüb. Qeyd edək ki, daha əvvəl Təbrizin "Traktor" klubunun keçmiş futbolçusu Mojtaba Tarşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.
Mənbə
oxu.az