İdman
İngiltərə Liqa Kuboku: London derbisində beş qol vuruldu
İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Çelsi" və "Arsenal" komandaları qarşılaşıblar. Oxu.Az xəbər verir ki, "Stemford Bric" stadionunda keçirilən görüş "topçular"ın qələbəsi ilə yekunlaşıb - 2:3.
7-ci və 49-cu dəqiqələrdə müvafiq olaraq Ben Uayt və Viktor Qyokeres "Arsenal"ı iki top fərqi ilə önə çıxarıblar. 57-ci dəqiqədə Aleksandro Qarnaço "zadəganlar"ı ümidləndirsə də, 71-ci dəqiqədə Martin Subimendi top fərqini üçə çıxarıb. 83-cü dəqiqədə Aleksandro Qarnaço dubla imza atıb, amma komandasını məğlubiyyətdən xilas edə bilməyib. Qeyd edək ki, tərəflər arasında təkrar görüş fevralın 3-də baş tutacaq.

Mənbə
oxu.az