İdman

İspaniya Kuboku: Arbeloanın "Real Madrid"də debütü uğursuz oldu

15 Jan 2026, 02:14 1 baxış
İspaniya Kuboku: Arbeloanın "Real Madrid"də debütü uğursuz oldu
İspaniya Kubolunun 1/8 final mərhələsi çərçivəsində "Albasete" - "Real Madrid" qarşılaşması baş tutub. Oxu.Az xəbər verir ki, "Karlos Belmonte" stadionunda keçirilən görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
42-ci dəqiqədə Vilyarın qolu ilə hesabda önə çıxan "Albasete" 45+3-cü dəqiqədə Mastantuononun qoluna əngəl ola bilməyib. Betankor 82-ci dəqiqədə təkrar ev sahiblərini hesabda irəli çıxarıb. Qarsiya 90+1-ci dəqiqədə "Real Madrid"in bərabərlik qolunu vursa da, 90+4-cü dəqiqədə Betankor dubla imza atıb və "Kral klubu"nu turnirdən kənarlaşdırıb. Bununla da Alvaro Arbeloa "Real Madrid"in baş məşqçisi kimi ilk rəsmi oyununda məğlub olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər