İdman

"Qarabağ" eyni gündə 2 oyuna çıxacaq

14 Jan 2026, 18:00 1 baxış
"Qarabağ" eyni gündə 2 oyuna çıxacaq

"Qarabağ" klubunun növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.


Axar.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.


Ağdam təmsilçisi yanvarın 16-da "Osiyek" (Xorvatiya) və "Zaqlembe Lyubin" (Polşa) klubları ilə qarşılaşacaq. Birinci qarşılaşma saat 12:00-da, ikinci matç isə 19:00-da start götürəcək.


Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5 cavabsız qolla üstələyib.

Mənbə axar.az

Oxşar Xəbərlər