İdman

"Qarabağ" eyni gündə iki oyuna çıxacaq

14 Jan 2026, 16:18 1 baxış
"Qarabağ" eyni gündə iki oyuna çıxacaq
"Qarabağ" klubunun növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Ağdam təmsilçisi yanvarın 16-da "Osiyek" (Xorvatiya) və "Zaqlembe Lyubin" (Polşa) klubları ilə qarşılaşacaq. Birinci qarşılaşma saat 12:00-da, ikinci matç isə 19:00-da start götürəcək. Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər