İdman

Azərbaycanda bu klub liqadan kənarlaşdırıldı

14 Jan 2026, 16:35 1 baxış
Azərbaycanda bu klub liqadan kənarlaşdırıldı

AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.


Axar.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.


Ötən il dekabrın 28-də keçirilməli olan "İstiqlal" - "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb.


Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.


Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın turnirdən kənarlaşdırılmasına qərar verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər