İdman

Azərbaycan klubu liqadan kənarlaşdırıldı

14 Jan 2026, 15:50 1 baxış
Azərbaycan klubu liqadan kənarlaşdırıldı
AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Ötən il dekabrın 28-də keçirilməli olan "İstiqlal" - "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın turnirdən kənarlaşdırılmasına qərar verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər