Siyasət

Mirzoyan: "Türkiyə və Rusiyanın TRIPP layihəsində iştirakı müzakirə olunmayıb"

14 Jan 2026, 14:12 1 baxış
Mirzoyan: "Türkiyə və Rusiyanın TRIPP layihəsində iştirakı müzakirə olunmayıb"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə və Rusiyanın TRIPP layihəsində iştirakı müzakirə olunmayıb. Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, nazir bunu Vaşinqtonda keçirdiyi onlayn mətbuat konfransında verib. Onun sözlərinə görə, Türkiyə ilə konstruktiv dialoq uzun müddətdir davam edir və yaxın gələcəkdə nəzərəçarpacaq irəliləyiş gözləmək üçün əsas var. Nazir, həmçinin mövcud logistikanın daha əhatəli yanaşma tələb etdiyini izah edib. A.Mirzoyan vurğulayıb ki, Türkiyənin blokdan çıxarma prosesində və regional inkişafda iştirakını məntiqli hesab edir, lakin o, TRIPP layihəsində Türkiyənin və Rusiyanın layihədə iştirakının müzakirə olunmadığını bildirib. Nazir vurğulayıb ki, kommunikasiyaların bloklanması həm yaxın, həm də uzaq qonşulara təsir göstərir. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi "Trampın Beynəlxalq Sülh və Rifah Yolu" (TRIPP) layihəsinin icra prosedurlarını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında bir gün əvvəl Vaşinqtonda keçirilən görüşdən sonra təqdim edilib. Xatırladaq ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə həll və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Trampın Beynəlxalq Sülh və Rifah Yolu" (TRIPP) adlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər