Siyasət

Mirzoyan TRIPP səhmlərinin əksəriyyətinin niyə ABŞ-yə məxsus olacağını izah etdi

14 Jan 2026, 14:38 1 baxış
Mirzoyan TRIPP səhmlərinin əksəriyyətinin niyə ABŞ-yə məxsus olacağını izah etdi
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsini həyata keçirmək üçün yaradılacaq gələcək şirkətdə səhmlərin bölüşdürülməsini şərh edib. Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir, nazir Vaşinqtonda keçirilən onlayn mətbuat konfransında bu barədə danışıb. Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsinin həyata keçirilməsi prosedurlarını müəyyən edən sənəd dərc edib. Sənəd Ararat Mirzoyanın Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra təqdim olunub. Sənəddə paylarının əksəriyyət ABŞ-yə məxsus olan şirkətin yaradılması, Ermənistanın isə fundamental məsələlərə nəzarət mexanizmləri nəzərdə tutulur. Birinci mərhələdə ABŞ-yə 74%, Ermənistana isə 26% pay təklif olunur və müqavilənin yenilənməsi ilə Ermənistanın payının 49%-ə çatdırılması ehtimalı var. A.Mirzoyanın sözlərinə görə, payların bölüşdürülməsi əldə edilmiş razılaşmaları və tərəflərin investisiya həcmini əks etdirir. "ABŞ əhəmiyyətli maliyyə investisiyaları etmək niyyətindədir. Söhbət təkcə siyasi yardımdan deyil, həm də birbaşa investisiyalardan gedir", - o bildirib. Nazir aydınlıq gətirib ki, Ermənistan ilkin mərhələdə tikinti hüquqlarının verilməsi daxildir. O əlavə edib ki, 49 illik müddət bitdikdən və investisiyanın bir hissəsi geri qaytarıldıqdan sonra müqavilə daha 50 il uzadıla bilər ki, bu da səhmdarlıq nisbətinin yenidən nəzərdən keçirilməsini zəruri edəcək. Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər