İdman
Nqolo Kante "Fənərbağça"ya keçid üçün maaşının azaldılmasına razılıq verib
Məşhur fransalı yarımmüdafiəçi Nqolo Kante "Fənərbağça"ya transfer olmaq üçün İstanbul klubunun maaş azaltma tələbinə razılıq verib. Oxu.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Bildirilib ki, artıq maaş məsələsi tərəflər arasında problem siyahısından çıxıb. 34 yaşlı dünya çempionu "Fənərbağça"nın layihəsinə "bəli" deyib. Kante son transferlərdən, xüsusən də keçmiş komanda yoldaşı Matteo Genduzinin transferindən, klubun son dövrlərdəki uğurlarından və gələcək planlarından təsirlənib. Lakin transfer hələ tam başa çatmayıb. Kantenin hazırkı klubu olan Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandası ilə bağlı məsələlər hələ də danışıqlar masasındadır. Qeyd edək ki, 2021/2022 mövsümündə Çempionlar Liqasını qazanan "Çelsi"nin əsas oyunçusu olan Kante 2023-cü ildə "Əl-İttihad"a transfer olmuşdu. Səudiyyə Ərəbistanında keçirdiyi bir mövsümdə 22 oyunda meydana çıxan Kante iki qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az