İdman

"Xankəndi" ona tapşırıldı

14 Jan 2026, 13:01 1 baxış
"Xankəndi" ona tapşırıldı

Zaur Hacıyev Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi təyin edilib.


Bu barədə Axar.az-a klubdan məlumat verilib.


O, bu postda İbrahim Uzuncanı əvəzləyib.


UEFA-nın "B" kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Çempionlar Liqasında təmsil edib.


Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.

Mənbə axar.az

Oxşar Xəbərlər