İdman
"Araz-Naxçıvan" və "Qəbələ" yoxlama matçında üz-üzə gəlir
Misli Premyer Liqasının iki təmsilçisi - "Araz-Naxçıvan" və "Qəbələ" komandaları bu gün yoxlama matçında güclərini sınayacaqlar. Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydanında təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Qeyd edək ki, "Araz-Naxçıvan" son hazırlıq matçında klubun əvəzedici komandasını məğlub etməyi bacardı. Qarşılaşma 7:0 hesabı ilə yekunlaşıb. "Qəbələ" isə son görüşündə "Kəpəz"i 3:1 hesabı ilə məğlub etməyi bacarıb. Bu görüş hər iki komanda üçün mövsümə hazırlıq prosesinin mühüm mərhələsi olmaqla yanaşı, baş məşqçilərə taktiki planlarını sınamaq və heyətlərindəki yeni transferləri qiymətləndirmək imkanı yaradacaq.
Mənbə
oxu.az