İdman

İtaliya Kuboku: "Roma" "Torino"ya məğlub oldu

14 Jan 2026, 02:21 1 baxış
İtaliya Kuboku: "Roma" "Torino"ya məğlub oldu
İtaliya Kubokunun 2025/2026 mövsümü üzrə 1/8 final mərhələsində "Roma" ilə Turin klubu "Torino" üz-üzə gəliblər. Matçda Marko Baroninin rəhbərlik etdiyi "Torino" 3:2 hesablı qələbə qazanıb.
Oyunun 35-ci dəqiqəsində turinlilərin hücumçusu Çe Adams hesabı açıb. 46-cı dəqiqədə romalıların müdafiəçisi Mario Hermoso tarazlığı bərpa edib. 52-ci dəqiqədə isə Adams dubl edib və "Torino"nu önə çıxarıb. 81-ci dəqiqədə "Roma"nın hücumçusu Antonio Arena hesabı yenidən bərabərləşdirib. Qarşılaşmanın 90-cı dəqiqəsində yarımmüdafiəçi Emirhan İlhan "Torino"nun qələbə qolunu vurub. Beləliklə, "Torino" İtaliya Kubokunun dörddəbir final mərhələsinə yüksəlib, "Roma" isə ölkənin ikinci ən nüfuzlu turnirində mübarizəni dayandırıb. Qeyd edək ki, turnirin əvvəlki mərhələlərində "Torino" "Piza"nı (1:0) və "Modena"nı (1:0) məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər