İdman

Kerrik "Mançester Yunayted"in baş məşqçisi təyin edildi

14 Jan 2026, 00:14 1 baxış
Kerrik "Mançester Yunayted"in baş məşqçisi təyin edildi

Maykl Kerrik İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi vəzifəsinə təyin edilib.


Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.


Xatırladaq ki, yanvarın 5-də portuqaliyalı Ruben Amorim "Mançester Yunayted"in baş məşqçisi vəzifəsini tərk edib. Son iki oyunda şotlandiyalı Darren Fletçer baş məşqçi vəzifəsini icra edib. Onun rəhbərliyi altında komanda İngiltərə çempionatında "Börnli" ilə heç-heçə (2:2) edib və İngiltərə Kubokunda "Brayton"a məğlub olaraq (1:2) yarışdan kənarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər