İdman

İngiltərə Kuboku: "Mançester Yunayted" turnirlə vidalaşdı

11 Jan 2026, 22:36 1 baxış
İngiltərə Kuboku: "Mançester Yunayted" turnirlə vidalaşdı
İngiltərə Kubokunda üçüncü raundun matçları keçirilir. Oxu.Az xəbər verir ki, "Mançester Yunayted" doğma azarkeşləri önündə "Brayton"la qarşılaşıb.
"Qırmızı şeytanlar" Old Trafforda toplaşan fanatlarını məyus ediblər. Belə ki, Darren Fletçerin yetirmələri meydançadan məğlub ayrılıblar - 1:2. Beləliklə də, "Mançester Yunayted" İngiltərə Kuboku ilə erkən vidalaşıb. "Brayton" isə səfər qələbəsi sayəsində növbəti mərhələyə yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər