İdman

İngiltərə Kuboku: "Arsenal" növbəti mərhələyə darmadağınla çıxdı

11 Jan 2026, 20:00 1 baxış
İngiltərə Kuboku: "Arsenal" növbəti mərhələyə darmadağınla çıxdı
İngiltərə Kubokunda üçüncü raundun oyunları davam edir. Oxu.Az xəbər verir ki, hazırda ölkə Premyer Liqasının lideri olan "Arsenal" aşağı liqa təmsilçisi "Portsmut"un qonağı olub. London klubu gözlənildiyi kimi qarşılaşmada üstün tərəf olub. "Topçular" meydan sahiblərinin qapısına 4 qol vurublar. "Portsmut" futbolçularının gücü isə yalnız təsəlli qoluna çatıb - 1:4. Beləliklə də, "Arsenal" çətinlik çəkmədən İngiltərə Kubokunun növbəti mərhələsinə adlayıb. Qeyd edək ki, yarışın üçüncü raunduna yanvarın 20-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər