İdman
Derbidəki qələbəyə görə "Fənərbağça" futbolçularına böyük məbləğdə pul mükafatı verilib
Türkiyə Superkubokunun finalında "Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edən "Fənərbağça" futbolçularına böyük məbləğdə pul mükafatı verilib. Oxu.Az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir. Bildirilir ki, "Fənərbağça" rəhbərliyi derbidən qalib ayrılacağı təqdirdə, klub futbolçularına mükafat vəd etmişdi. Bu səbəbdən əzəli rəqibini məğlub edən "Fənərbağça" klubunun üzvlərinə ümumilikdə 1.5 milyon avro məbləğində pul mükafatı təqdim edilib.
Mənbə
oxu.az