İdman

İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə

11 Jan 2026, 02:08 1 baxış
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
İngiltərə Kubokunda üçüncü raundun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, "Çelsi" aşağı liqa təmsilçisi "Çarlton Atletik" klubu ilə üz-üzə gəlib. Qarşılaşma gözlənildiyi kimi, Premyer Liqa təmsilçisinin üstünlüyü ilə keçib.
Rəqib komandanın qapısına beş qol vuran "zadəganlar", öz qapılarında bir top görüblər - 1:5. Qeyd edək ki, İngiltərə Kubokunda üçüncü raundun oyunlarına yanvarın 20-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər