İdman

Zlatan İbrahimoviçin oğlu "Milan"dan "Ayaks"a keçir

11 Jan 2026, 02:32 1 baxış
Zlatan İbrahimoviçin oğlu "Milan"dan "Ayaks"a keçir
"Milan"ın gənclər komandasının hücumçusu Maksimilian İbrahimoviç karyerasını Niderlandda davam etdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial media səhifəsində yazıb. Məlumata görə, 19 yaşlı futbolçu "Ayaks"a qoşulur. Bildirliir ki, isveçli Amsterdam klubunda icarə əsasında oynayacaq. Qeyd edək ki, cari mövsümdə İbrahimoviç "Milan"ın 23 yaşadək futbolçular komandası ilə 16 oyunda iştirak edib, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Maksimilian İbrahimoviç əvvəllər həm "Ayaks", həm də "Milan"da oynamış İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviçin oğludur.
Mənbə oxu.az

Oxşar Xəbərlər