İdman
Göyçayda dörd güləş zalı istifadəyə verilib
Azərbaycan Güləş Federasiyası (AGF) bölgələrdə infrastrukturun və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu fəaliyyət planının tərkib hissəsi olaraq, regionlarda daha dörd güləş zalı istifadəyə verilib. Oxu.Az xəbər verir ki, bu barədə AGF məlumat yayıb. Bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, həmçinin federasiyanın baş katibi Pərvin Piriyevin iştirakı ilə güləş zallarının açılışı həyata keçirilib. Güləş Federasiyasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Qarabaqqal kənd orta məktəbin, Göyçay şəhərində isə 1, 3 və 6 saylı orta məktəblərin idman zalları güləşçilərin ixtiyarına verilib. Güləşin bütün növləri üzrə idmançıları yetişdirən zallarda məşqlər ödənişsizdir. Bu güləş mərkəzlərində 600-dən artıq idmançının məşq etməsi üçün hər cür şərait var. Qeyd edək ki, AGF il ərzində mütəmadi olaraq yeni güləş zallarının açılışını planlaşdırır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az