Cəmiyyət

Azərbaycanda səkkiz nəvəsi olan cütlüyün 10-cu övladı oldu: "Bəzən adlarını unuduram"

10 Jan 2026, 16:12 2 baxış
Azərbaycanda səkkiz nəvəsi olan cütlüyün 10-cu övladı oldu: "Bəzən adlarını unuduram"
Lənkəran rayonunun Sinovli kənd sakinləri olan 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov 26 ildir ki, ailəlidirlər. Böyük övladlarının 25 yaşı var. Sonuncu - 10-cu övladları isə əlamətdar bir gündə, yəni yeni təqvim ilinin ilk günündə (1 yanvar) saat 00:02-də dünyaya gəlib. Valideynlər deyirlər ki, sonuncu övlad ailəyə ikiqat sevinc yaşadıb. Daha ətraflı Baku TV-nin videomaterialında:
"Mən öz uşaqlarımla fəxr edirəm. Allah mənə 10 övlad verib. Çox övladı olmaq pis şey deyil. Geyimləri, tərbiyələri - hamısı yaxşıdır. İmkanım olsa, yenə də uşaq istəyərəm. Səkkiz nəvəm var, bəzən adlarını unuduram", - deyə S.Mehrəliyeva söyləyib. Qeyd edək ki, yeddi qız, üç oğlan uşağı olan ailənin beş qız övladı artıq ailə həyatı qurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər