Cəmiyyət

Ərdoğan Türk dövlətlərini təbrik etdi

03 Oct 2026, 15:05 1 baxış
Ərdoğan Türk dövlətlərini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb.


Axar.az xəbər verir ki, Türkiyə Prezidentinin X hesabındakı paylaşımda qeyd edilib:


"Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imkan verən Naxçıvan Sazişinin 17-ci ildönümü və Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə ürəkdən təbriklərimi bildirirəm. "Dildə, fikirdə, işdə birlik" şüarı ilə addım atdığımız bu qardaşlıq yolunda birliyimizin, bərabərliyimizin və həmrəyliyimizin əbədi və davamlı olmasını arzu edirəm".

Mənbə axar.az

Oxşar Xəbərlər