İdman

İstanbul derbisi: "Qalatasaray"la "Fənərbağça" üz-üzə

10 Jan 2026, 14:17 1 baxış
İstanbul derbisi: "Qalatasaray"la "Fənərbağça" üz-üzə

Bu gün futbol üzrə Türkiyə Superkubokunun final oyununda əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşırlar.


Axar.az xəbər verir ki, oyunun əsas hakimliyi Halil Umut Melerə, VAR Ömer Faruk Turtaya, AVAR isə Anıl Usta və Ali Şansalana tapşırılıb.


İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək oyunun başlama saatı da qeyri-sabit hava şəraiti ilə əlaqədar dünən dəyişdirilib. Belə ki, Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma saat 19:45-də start götürəcək.


Türkiyə Superkuboku, final


19:45. "Qalatasaray" - "Fənərbağça"


Atatürk Olimpiya Stadionu

Mənbə axar.az

Oxşar Xəbərlər