Cəmiyyət

Naxçıvanda qarın hündürlüyü 37 sm-ə çatdı

10 Jan 2026, 13:31 2 baxış
Naxçıvanda qarın hündürlüyü 37 sm-ə çatdı

Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.


Bu barədə Axar.az-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.


Belə ki, Biçənək kəndində səhər saat zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.


Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.


Qeyd olunub ki, Kükü kəndində qar yağışı dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər