Cəmiyyət
Tərtərdə bir ailədə dəm qazı FACİƏSİ: ÖLƏN VAR
Tərtər rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, yanvarın 9-da baş verən hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər zəhərlənib. Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşviq Əsəd oğlu Əzimov və onun anası 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə Müşviq Əzimov həyatını itirib, S.Əzimova isə zəhərlənib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Əzizə İsmayılova
Mənbə
oxu.az