İdman

Fransalı futbolçu faciəvi şəkildə öldü

10 Jan 2026, 09:45 1 baxış
Fransalı futbolçu faciəvi şəkildə öldü

Fransalı futbolçu Aleksis Vergos Taylandın Samui adasında şəlalə yaxınlığında foto çəkməyə istəyərkən həyatını itirib.


Axar.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.


Hadisə futbolçunun istirahətdə olduğu vaxt Namuanq şəlaləsi yaxınlığında baş verib.


22 yaşlı futbolçu sevgilisi ilə birlikdə olarkən sürüşkən qayalar üzərindən büdrəyərək yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alaraq ölüb.


Bildirilib ki, futbolçunun sevgilisi ağac budağından yapışaraq xilas ola bilib.

Mənbə axar.az

Oxşar Xəbərlər