İdman
Ən gəlirli idman klubları
Amerika futbolu üzrə "Dallas Kovboyz" (NFL) komandası ilin ən gəlirli idman klubları reytinqində birinci yeri tutub. Oxu.Az bu barədə "Forbes" nəşrinə istinadən xəbər verir. Klubun ötən mövsümdəki əməliyyat gəliri (faizlər, vergilər və amortizasiya çıxılmadan əvvəlki mənfəət) 629 milyon dollar təşkil edib. Reytinqdə ikinci yerdə NBA-nın "Qolden Steyt Uorriorz" klubu qərarlaşıb. Onun əməliyyat gəliri 409 milyon dollar təşkil edir. Üçüncü mövqeyi eyni anda iki komanda - Milli Hokkey Liqasından (NHL) "Edmonton Oylers" və NFL-dən "Los-Anceles Rems" bölüşür. Onların əməliyyat gəliri 244 milyon dollara bərabərdir. Onluğa həmçinin aşağıdakı klublar daxil olub: "Mercedes" ("Formula-1", əməliyyat gəliri - 227 milyon dollar); "Nyu-İnqlend Petriots" (NFL, 222 milyon dollar); "Atlanta Hoks" (NBA, 203 milyon dollar); "Filadelfiya Seventi Siksers" (NBA, 203 milyon dollar); "Hyuston Rokets" (NBA, 191 milyon dollar); "Toronto Meypl Lifs" (NHL, 191 milyon dollar).
Mənbə
oxu.az