İdman

Pep Qvardiola baş məşqçi kimi tarixə düşdü

09 Jan 2026, 23:24 1 baxış
Pep Qvardiola baş məşqçi kimi tarixə düşdü
"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola tarixdə transfer xərcləri iki milyard avronu keçən ilk baş məşqçi ünvanını qazanıb. Oxu.Az bu barədə "Transfermarkt" portalına istinadən xəbər verir. Cinah hücumçusu Antuan Semenyonun 72 milyon avro qarşılığında "Bornmut"dan "Mançester Siti"yə keçidindən sonra Qvardiola tarixdə ümumi transfer xərcləri iki milyard avronu (2,58 milyard avro) keçən ilk məşqçi olub. 54 yaşlı mütəxəssis baş məşqçilik karyerası ərzində "Barselona"nın gənclər və əsas komandalarını, həmçinin "Bavariya" və "Mançester Siti"ni çalışdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər