İdman

"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu

09 Jan 2026, 18:40 1 baxış
"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol klubu ilk yoxlama oyununda Macarıstan təmsilçisi "Pakş" komandasına uduzub. Oxu.Az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu kollektiv 5:1 hesabı ilə məğlub olub. "Sumqayıt"ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub. Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Türkiyədə daha iki yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər