İdman
"Qalatasaray" - "Fənərbağça" derbisinin başlama saatı dəyişdirildi
"Fənərbağça" ilə "Qalatasaray" arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar saat 19:45-ə dəyişdirilib. Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Mənbə
oxu.az