İdman

"Sumqayıt" Macarıstan komandasına böyük hesabla uduzdu

09 Jan 2026, 18:42 1 baxış
"Sumqayıt" Macarıstan komandasına böyük hesabla uduzdu

Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan "Sumqayıt" qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.


Axar.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Macarıstanın "Pakş" kollektivi ilə üz-üzə gəlib. Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, “Sumqayıt” toplanış müddətində növbəti matçlarını yanvarın 12-də Serbiyanın “OFK Belqrad”, 16-da isə Xorvatiyanın “Osiyek” komandalarına qarşı keçirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər