İdman

"Ayntraxt Frankfurt" "Qarabağ"la oyundan əvvəl Bakıda məşqə çıxmayacaq

09 Jan 2026, 15:40 1 baxış
"Ayntraxt Frankfurt" "Qarabağ"la oyundan əvvəl Bakıda məşqə çıxmayacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunundan əvvəl rəqib komandanın Bakıda mətbuat konfransı və açıq məşqi təşkil olunmayacaq. Bu barədə Oxu.Az-a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, Bundesliqa təmsilçisi oyuna bir gün qalmış Bakıya gələcək: "Ayntraxt Frankfurt" komandasının oyundan bir gün əvvəl - yanvarın 20-də axşam saatlarında Azərbaycana gəlməsi nəzərdə tutulub. Qarşılaşma ilə bağlı bütün təşkilati məsələlər UEFA-nın müvafiq reqlament və tələblərinə uyğun şəkildə həyata keçirilir". Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunu saat 21:45-də start götürəcək. Murad Nəsimi
"Ayntraxt Frankfurt" "Qarabağ"la oyundan əvvəl Bakıda məşqə çıxmayacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər