Dünya
Amerikalı geoloqdan qorxulu proqnoz: 7-8 ballıq zəlzələ harada gözlənilir?
"Tacikistanda anomal yeraltı təkanlar qeydə alınıb və bu güclü zəlzələyə çevrilə bilər". Oxu.Az xəbər verir ki, bunu tanınmış ABŞ-li geoloq Stiven Berns sosial şəbəkə hesabında yazıb: "Tacikistanda və ətraf ərazilərdə 4-5 bal və daha yüksək gücdə bir sıra yeraltı təkanlar qeydə alınıb. Bu, bir qədər anomaldır, ona görə də ərazi yaxından izlənilməlidir. Zəlzələnin gücü 7-8 bala qədər arta bilər, ehtiyatlı olmaq vacibdir". Xatırladaq ki, dünən axşamdan etibarən Xoroq və Düşənbə yaxınlığında 4.9-5.3 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 140 kilometr dərinliyə təsadüf edir.
Mənbə
oxu.az