Dünya
Zaxarova: "Tramp "Mariner" gəmisinin heyətindəki iki Rusiya vətəndaşını azad edəcək"
"ABŞ Prezidenti Donald Tramp Rusiyanın xahişinə cavab olaraq "Mariner" tankerinin heyətindəki iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib". Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında belə deуib. "Tələbimizə cavab olaraq, Prezident Tramp Şimali Atlantikada əməliyyat zamanı ABŞ tərəfindən saxlanılan "Mariner" tankerinin heyətindəki iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib. Biz bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk", - deyə diplomat qeyd edib. "Soydaşlarımızın vətənlərinə tez bir zamanda qayıtmasının təmin edilməsi ilə bağlı bütün məsələləri təcili olaraq həll etməyə başlayırıq", - deyə açıqlamada bildirilib.
Mənbə
oxu.az