Dünya
Türk Hava Yolları Tehrana uçuşlarını LƏĞV ETDİ
Türk Hava Yolları (THY) şirkəti bu gün Tehrana planlaşdırılan bəzi uçuşları ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə THY məlumat yayıb. Məlumata görə, İran paytaxtında baş verən toqquşmalar səbəbindən belə addım atılıb. Şirkət təhlükəsizlik tədbirləri çərçivəsində uçuşların ləğv olunduğunu bildirib. Türkiyədən yola düşəcəyi planlaşdırılan İran aviaşirkətlərinə məxsus beş reys də ləğv edilib. Yeddi uçuşun isə planla uyğun həyata keçiriləcəyi gözlənilir. Şiraza və Məşhədə yollanan THY-yə məxsus təyyarələrin isə İran hava məkanına daxil olduqdan sonra marşrutlarını dəyişərək geri döndüyü də bildirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az