Dünya
Meksikada qaz boru kəmərində güclü partlayış baş verdi
Meksikada qaz boru kəmərində güclü partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Azteca" televiziyası məlumat yayıb.
Yanğın görüntüləri internetdə yayılıb. İtkilər barədə məlumat verilmir. Yaxınlıqdakı ərazinin sakinləri təcili olaraq təxliyə edilib və yerli fitnes mərkəzinin idman zalına yerləşdiriliblər. Təcili yardım xidmətləri hazırda yanğını söndürmək üçün çalışırlar. Dərc olunmuş görüntülərdə eyniadlı bələdiyyənin Vilyaqran şəhərinin üzərində alov və tüstü buludlarının qalxdığı görünür.

Mənbə
oxu.az