Dünya
"NetBlocks": "İran 12 saatdır internetsizdir"
"İranda internet aktivliyi son 12 saat ərzində ən aşağı səviyyədə olub". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" məlumat yayıb. "İran 12 saatdır ki, internetdən kənardadır və bağlantı normal səviyyənin təxminən 1%-nə enib", - deyə monitorinq xidmətinin məlumatında bildirilib. Xəbərdə bildirilir ki, İran rəsmiləri internet bağlantılarının kəsiləcəyi ilə bağlı öncədən rəsmi elan verməyib. Xatırladaq ki, dekabrın 29-dan etibarən Tehranda kütləvi etiraz aksiyaları başlayıb.
Mənbə
oxu.az