Dünya
Tramp: "Kubanın çox böyük problemləri var"
"Kubanın taleyi "tükdən asılı" vəziyyətdədir". Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "The Hugh Hewitt Show" radio proqramına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Kubanın çox böyük problemləri var: "Oraya gedib hər şeyi partlatmaqdan başqa, daha artıq təzyiq göstərməyin mümkün olduğunu düşünmürəm". ABŞ lideri Kuba xalqını "böyük xalq", sakinlərini isə "güclü insanlar" adlandırıb.
Mənbə
oxu.az