Dünya

Tramp və Putinin xüsusi nümayəndələri görüşüblər

09 Jan 2026, 00:06 1 baxış
Tramp və Putinin xüsusi nümayəndələri görüşüblər
Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb. Oxu.Az bildirir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib. Görüşdə Trampın kürəkəni Cared Kuşner də iştirak edib. Tərəflər Ukraynadakı nizamlanmanı müzakirə ediblər. Müzakirələrin təfərrüatı açıqlanmır. Nəşr qeyd edir ki, gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüşmək üçün ABŞ-yə yola düşə bilər. Danışıqların məqsədi Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin yekun qəbulu olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər