Dünya
ABŞ Qrenlandiya sakinlərinə Danimarkadan ayrılmaları üçün pul təklifini müzakirə edib
ABŞ-nin məmurları Qrenlandiya sakinlərinə birdəfəlik ödənişlərin göndərilməsi imkanını müzakirə ediblər. Məqsəd onları Danimarkadan ayrılmağa və mümkün olduğu halda ABŞ-yə birləşməyə razı salmaq olub. Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib. Mənbələrdən ikisinin bildirdiyinə görə, söhbət adambaşına 10 min-100 min dollar məbləğində ödənişlərdən gedir. Adanın əhalisi təxminən 57 min nəfərdir. Daha əvvəl "The Times" yazmışdı ki, Tramp administrasiyası Qrenlandiya üzərində nəzarəti əldə etməyə cəhd göstərə bilər.
Mənbə
oxu.az