Dünya
KİV: Tramp neftin qiymətini 50 dollaradək endirmək niyyətindədir
ABŞ hökuməti Venesuelanın neft sənayesi üzərində nəzarəti təsis etmək üçün genişmiqyaslı plan üzərində işləyir. Oxu.Az bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən xəbər verir. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, bu təşəbbüs neftin qiymətini bir barel üçün 50 dollara qədər endirməyə kömək edəcək. Mənbələr bildiriblər ki, plan ABŞ-nin Venesuelanın "Petróleos de Venezuela" (PDVSA) dövlət neft şirkəti üzərində tam nəzarətini və onun neft hasilatının böyük hissəsinin alqı-satqısını həyata keçirməyi nəzərdə tutur.
Mənbə
oxu.az