Dünya

ABŞ-nin vitse-prezidenti narkomanlardan üzr istədi

08 Jan 2026, 21:36 1 baxış
ABŞ-nin vitse-prezidenti narkomanlardan üzr istədi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens narkotik aludəçilərindən üzr istəyib və onları müalicə olunmağa çağırıb. Oxu.Az bu barədə "Fox News" telekanalına istinadən xəbər verir. "Kokain istifadə edən bütün insanlara müraciət edirəm: mən üzr istəyirəm. Biz sizi reabilitasiya mərkəzlərinə müraciət etməyə çağırırıq və ABŞ-nin maraqlarını müdafiə etməyə davam edəcəyik", - deyə Vens jurnalistlərin ABŞ-nin narkotiklərlə necə mübarizə aparacağı barədə sualına cavab verib. O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp kokaini sevmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər