Dünya

Fransa və Rusiya arasında məhbus mübadiləsi: Loren Vinatye azad edildi

08 Jan 2026, 18:30 1 baxış
Fransa və Rusiya arasında məhbus mübadiləsi: Loren Vinatye azad edildi
Rusiya fransalı tədqiqatçı Loren Vinatye­ni azad edir. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. Bu addımın Fransanın həbsdə olan rusiyalı basketbolçunu azad etməsindən sonra atıldığı bildirilir. 49 yaşlı L.Vinatye Rusiya Prezidenti Vladimir Putin tərəfindən əfv edilib. Xatırladaq ki, Loren Vinatye 2024-cü ilin oktyabrında Moskvanın xarici agent qanunlarını pozmaqda təqsirli bilinərək həbs olunmuşdu. Ötən il Fransada saxlanılan və ABŞ-yə ekstradisiya olunmaqla hədələnən rusiyalı basketbolçu azadlığa buraxılıb. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Frederik Belo açıqlama verib. O bildirib ki, Daniil Kasatkin artıq Rusiyaya qayıdıb. Xatırladaq ki, Kasatkin iyunun 21-də Paris hava limanında ABŞ-nin tələbi ilə saxlanılıb. O, ABŞ-nin federal qurumlarına qarşı hücumlar edən haker şəbəkəsinin üzvü olmaqda şübhəli bilinirdi. Basketbolçunun vəkili isə bildirmişdi ki, Kasatkinin kompüter sahəsində heç bir biliyi yoxdur və onun cihazı kibercinayətkarlar tərəfindən ələ keçirilib.
Fransa və Rusiya arasında məhbus mübadiləsi: Loren Vinatye azad edildi
Mənbə oxu.az

Oxşar Xəbərlər