Dünya

Hakan Fidan: "Hazırkı vəziyyətdə SDQ sülhə nail olmaq üçün ən böyük maneədir"

08 Jan 2026, 17:56 1 baxış
Hakan Fidan: "Hazırkı vəziyyətdə SDQ sülhə nail olmaq üçün ən böyük maneədir"
"Türkiyə Suriya Demokratik Qüvvələri (SDQ) və Dəməşq arasında regionda və Suriyada sabitliyi təmin edəcək bir razılaşma əldə etməyə ümidlidir". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan omanlı həmkarı Bədr bin Həməd bin Həmud Əl-Busaidi ilə görüşündən sonra deyib. "Digər tərəfdən, Hələbdə mülki əhaliyə qarşı hücumlar, təəssüf ki, SDQ ilə bağlı qorxuları təsdiqləyir və sülh səylərini sarsıldır. Hazırkı vəziyyətdə SDQ sülhə nail olmaq üçün ən böyük maneədir. Bu təşkilat Suriyanın və bölgənin reallıqlarına zidd mövqeyindən imtina etməlidir, terrora və separatizmə son qoymalıdır", - deyə türkiyəli nazir bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər