Digər
Kadırovun oğluna yeni vəzifə verildi
Çeçenistanın bədən tərbiyəsi və idman naziri, respublika rəhbəri Ramzan Kadırovun oğlu 20 yaşlı Əhməd Kadırov Çeçenistan hökumətinin müvəqqəti sədr müavini təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Kadırov özünün Teleqram kanalında məlumat yayıb.
“Bu təyinat Çeçenistan hökumətinin sədri Məhəmməd Daudovun tövsiyəsi ilə həyata keçirilib”, - Kadırov qeyd edib.
Mənbə
axar.az