Heç kim onları ciddi qəbul etməyəcək - Ekspert
Avropa ölkələrinin nümayəndələri Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar masasında əyləşə bilməzlər.
Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Nikolay Parxıtko deyib.
O bildirib ki, Avropa ölkələri dəfələrlə danışıqlarda etibarlı tərəf olmadıqlarını nümayiş etdiriblər:
“Artıq danışıqlar masasında heç kim onları ciddi qəbul etməyəcək. Avropalılar tamamilə danışıqlar üçün yararsızdır və bunu dəfələrlə təsdiqləyiblər. Bu halda onlar sadəcə son vaqonun son qapısından içəri girməyə çalışırlar. Lakin buna nail olmayacaqlar. Onlar müxtəlif təşəbbüslərlə çıxış edə, "İstəklilər koalisiyası" yarada bilərlər, amma bunu bacarmırlar”.
Parxıtko vurğulayıb ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda Rusiya üçün hazırda ən perspektivli tərəfdaş ABŞ olaraq qalır.