Digər
Rusiya Səudiyyə səfirinin iqamətgahına zərbə endirdi
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə reaktiv dronlarla zərbələri nəticəsində Səudiyyə Ərəbistanının səfirinin igamətgahı da zərər görüb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Dövlət başçısı hücumlar nəticəsində həmçinin məktəb binası, yaşayış evləri, texniki xidmət stansiyaları, bir neçə anbar və rabitə obyektinin zərər gördüyünü açıqlayıb.
Mənbə
axar.az