Digər

Trampa görə indi daha yaxşı vəziyyətdəyik - Stubb

28 Sep 2026, 08:30 2 baxış
Trampa görə indi daha yaxşı vəziyyətdəyik - Stubb

Ukraynada müharibənin sona çatdırılması ilə bağlı danışıqlarda vəziyyət ABŞ Prezidenti Donald Trampın fəaliyyəti sayəsində yaxşılaşıb.


Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.


“Tramp vəzifəsinin icrasına başlamazdan əvvəlki dövrlə müqayisədə hazırda daha yaxşı vəziyyətdəyik. Son il yarım ərzində o, Uitkoff, Kuşner və bir çox digər danışıq aparan şəxslər vasitəsilə sülhün əldə olunması üçün həll yolu tapmaq istiqamətində səylərini ikiqat artırıb”, - o bildirib.


Finlandiya prezidenti qeyd edib ki, Norveçin Baş naziri Störe ilə birlikdə əsasən pərdəarxası fəaliyyət göstərərək Ukrayna, ABŞ və Avropa ölkələrinin hökumətləri arasında məlumat mübadiləsində iştirak edib:


“Danışıqlarda irəliləyişin əldə olunmasına məhz ABŞ administrasiyası kömək edib”.

Mənbə axar.az

Oxşar Xəbərlər