Cəmiyyət

Rənglənib "kənd çolpası" adı ilə satılan toyuqlara vurulan maddələr MƏLUM OLDU: Yan təsirləri açıqlandı

06 Jan 2026, 12:38 2 baxış
Rənglənib "kənd çolpası" adı ilə satılan toyuqlara vurulan maddələr MƏLUM OLDU: Yan təsirləri açıqlandı
Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb. Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir. Xatırladaq ki, AQTA-nın əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Şahin Salam oğlu Salahova məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər